Bildirilir ki, söhbət əsnasında Donald Tramp Əş-Şərəəni "fələstinli terrorçuları Suriyadan çıxarmağıa, İŞİD terror təşkilatının yenidən dirçəlməsinin qarşısını almaq məqsədilə ABŞ-yə kömək göstərməyə və İsraillə əlaqələrin normallaşdırılması üçün "Avraam müqavilələri"nə qoşulmağa çağırıb. ABŞ lideri habelə söyləyib ki, rəsmi Ər-Riyadın da sözügedən müqavilələrə qoşulması "onun arzusudur".
Eyni zamanda, "Anadolu Ajansı"nın məlumatına əsasən, tərəflərin görüşünə həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, habelə videozənglə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşulublar. Ərdoğan Suriyaya qarşı ABŞ-nin sanksiyalarının Donald Tramp tərəfindən ləğvini alqışlayıb.
Xatırladaq ki, Donald Tramp dünən gözlənilməz qərarla Suriyaya qarşı sanksiyaların aradan qaldırıldığını diqqətə çatdırıb. Bu, rəsmi Ankaranın gözlədiyi addım idi.
Firudin Həmidli
AzVision.az